Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail təhlükəsizlik qüvvələri HƏMAS-ın məhv edilən liderinin bacılarını saxladı

İsrail təhlükəsizlik qüvvələri HƏMAS-ın məhv edilən liderinin bacılarını saxladı

Tarix: 14 Yanvar 2024 08:52

İsrail təhlükəsizlik qüvvələri yanvarın əvvəlində öldürülən radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Arurinin iki bacısını saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Dalal və Fatimə əl-Aruri bazar günü səhər saatlarında İordan çayının qərb sahilində keçirilən reydlər zamanı evlərində saxlanılıblar.

Qeyd edək ki, 2017-ci ildən HƏMAS-ın siyasi büro rəhbərinin müavini vəzifəsində çalışmış və hərəkatın ikinci komandiri hesab edilən Əl-Aruri yanvarın 2-də İsrailin pilotsuz təyyarəsinin Livanın paytaxtı ətrafına hücumu nəticəsində öldürülüb.

Milli.Az


Etiketlər:  İsrail təhlükəsizlik qüvvələri HƏMAS məhv edilən liderinin bacılarını saxladı


RƏYLƏR