Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 23:32
Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Çempionatın lideri "Fənərbağça" səfərdə "Qaziantep"i çətinliklə məğlub edib - 1:0. Yeganə qolu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub. 50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.
Bu qələbə ilə xallarını 53-ə çatdıran "Fənərbağça" liderliyini davam etdirir. "Qaziantep" isə 21 xalla 16-cıdır.
Günün digər matçlarında "Konyaspor" "İstanbulspor"la 0:0, "Antalyaspor" "Trabzonspor"la 1:1 hesablı heç-heçə edib, "Samsunspor" isə "Sivasspor"a 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, XX tura yanvarın 15-də keçiriləcək "Qalatasaray" - "Kayserispor" görüşü ilə yekun vurulacaq.