Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Yunayted” – “Tottenhem” oyununda qalib müəyyənləşmədi

“Mançester Yunayted” – “Tottenhem” oyununda qalib müəyyənləşmədi

Tarix: 15 Yanvar 2024 00:16

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI turun daha iki oyunu keçirilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, günün ilk matçında "Everton" və "Aston Villa" komandaları qolsuz bərabərliyə razılaşıblar.

Turun mərkəzi görüşündə isə bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Mançester Yunayted" "Oldu Trafford"da "Tottenhem"i qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən matçda qalib müəyyənləşməyib - 2:2. Oyunda hesab erkən qolla açılıb. Rasmus Hoylund meydan sahiblərini önə keçirib. 19-cu dəqiqədə qonaqların hücumçusu Rişarlison tarazlığı bərpa edib. 40-cı dəqiqədə "qırmızı şeytanlar" yenidən üstünlüyü ələ keçiriblər. Bu dəfə Markus Reşford adını tabloya yazdırıb. 46-cı dəqiqədə fərqlənən Rodriqo Bentankur isə oyunda yekun hesabı müəyyənləşdirib.

Hazırda "Tottenhem" 40 xalla beşinci, "Mançester Yunayted" isə 32 xalla 7-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 45 xalı olan "Liverpul" başçılıq edir.

Milli.Az


Etiketlər:  Mançester Yunayted Tottenhem oyununda qalib müəyyənləşmədi


RƏYLƏR