Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya nəhəngi 5 milyona idman direktoru aldı

Almaniya nəhəngi 5 milyona idman direktoru aldı

Tarix: 15 Yanvar 2024 15:48

Almaniyanın "Leypsiq" klubunun keçmiş idarəedici direktoru Maks Eberl bundan sonra "Bayern Münhen"də çalışacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Sky Sport"un jurnalisti Florian Plettenberq bu barədə məlumat yayıb.

Xəbərə görə, əməkdaşlıq artıq razılaşdırılıb. 50 yaşlı mütəxəssis Almaniya nəhəngi ilə uzunmüddətli müqavilə imzalayacaq və klubun idman departamentinə rəhbərlik edəcək.

Eberlenin mart ayından gec olmayaraq vəzifəsinə başlayacağı gözlənilir. "Leypsiq" bu keçidə görə 5 milyon avro təzminat alacaq.

Milli.Az


Etiketlər:  Almaniya nəhəngi 5 milyona idman direktoru aldı


RƏYLƏR