Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya nəhəngləri qarşılaşacaq: Məqsədləri var

Dünya nəhəngləri qarşılaşacaq: Məqsədləri var

Tarix: 15 Yanvar 2024 21:30

Bu il martın 26-da irqçiliklə mübarizə çərçivəsində İspaniya və Braziliya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşacaqlar. Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb:

"Tədbir futbolda zorakılıq, irqçiliklə mübarizə öhdəliyini gücləndirəcək və böyük futbol festivalını təmsil edən hər iki milli idarəetmə orqanı arasında yaxşı əlaqələri daha da gücləndirəcək", - deyə qurumun saytında yaydığı mətndə qeyd olunub.

Xatırladaq ki, FİFA-nın yenilənmiş reytinq cədvəlində 5 qat dünya çempionu Braziliya millisi 5-ci, yalnız bir dəfə bu titula yiyələnən İspaniya isə 8-ci sıradadır.

Milli.Az


Etiketlər:  Dünya nəhəngləri qarşılaşacaq Məqsədləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ