Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 22:32
İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Raanana şəhərində terror aktı ola biləcəyi ehtimal edilən hücumda ən azı 17 nəfər yaralanıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.
Qeyd edilib ki, həkimlər 17 yaralı barədə məlumat verib, onlardan üçünün vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, insidentlər Raananada bir neçə fərqli yerdə baş verib. Avtomobilin yoldan keçənləri vurması, həmçinin insanlara bıçaq xəsarətləri yetirildiyi barədə məlumatlar var.