Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran “Şərq”in əməkdaşını azad etdi - 180 min avro müqabilində

İran “Şərq”in əməkdaşını azad etdi - 180 min avro müqabilində

Tarix: 15 Yanvar 2024 22:42

İranda Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazları işıqlandırarkən həbs edilən jurnalistlər Nilufər Həmidi və Elahe Məhəmmədi azad ediliblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, AFP-nin verdiyi məlumata görə, qızlar apelyasiya şikayətinə qədər zaminə buraxılıblar.

"Şərq" qəzetinin jurnalisti Nilufər Həmədi 2022-ci ilin sentyabrında Əminin ölümündən bir neçə gün sonra həbs edilib. "Ham Miham" qəzetinin fotoqrafı Elahe Məhəmmədi də 2022-ci ilin sentyabrında həbs olunub.

O vaxtdan hər iki jurnalist həbsdə idi. 2023-cü ilin oktyabrında onlar ABŞ-la əməkdaşlıq, milli təhlükəsizliyə qarşı sui-qəsd və İslam Respublikası əleyhinə təbliğatda ittiham olunaraq təqsirli biliniblər, 7 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İndi onların hər biri təxminən 180 min avroluq girov müqabilində azadlığa buraxılıb və apelyasiya şikayətinə baxılmasını həbsxanadan kənarda gözləyəcəklər.

Məhsa Əmini 2022-ci il sentyabrın 16-da çadranı düzgün taxmamaq ittihamı ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edib. Ailəsi qızın polis vəhşiliyi nəticəsində öldüyünü iddia edir.

Milli.Az


Etiketlər:  İran Şərqin əməkdaşını azad etdi 180 min avro müqabilində


RƏYLƏR