Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv etdi

Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv etdi

Tarix: 16 Yanvar 2024 01:30

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 23 hədəfi məhv edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraq şimalında və Suriyada hava əməliyyatı həyata keçirilib.

Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar da daxil olmaqla 23 obyekt məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir", - deyə məlumatda bildirilir.


Etiketlər:  Türkiyə Ordusu terrorçulara məxsus hədəfi məhv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ