Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsraildə bir nəfər insanlara hücum etdi: 18 yaralı var

İsraildə bir nəfər insanlara hücum etdi: 18 yaralı var

Tarix: 16 Yanvar 2024 06:58

İsrailin Raanana şəhərində terror aktı törədildiyi ehtimal olunur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, bir nəfər avtomobil sürücüsünə bıçaqla hücum edib, daha sonra onun avtomobilindən istifadə edərək insanların üzərinə sürüb. Avtomobili maneəyə çırpan şəxs başqa bir avtomobilə əyləşərək bir neçə nəfəri vurub, daha sonra isə hadisə yerindən qaçmağa çalışıb.

Polisin məlumatına görə, həmin şəxs saxlanılıb.

Hücum nəticəsində 18 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.

Milli.Az


Etiketlər:  İsraildə nəfər insanlara hücum etdi yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ