Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayova ştatında keçirilən ilkin seçkilərdə Tramp liderdir

Ayova ştatında keçirilən ilkin seçkilərdə Tramp liderdir

Tarix: 16 Yanvar 2024 08:42

​Respublikaçıların Ayova ştatında keçirilən praymeriz üçün ilkin səsvermənin nəticələri göstərir ki, keçmiş ABŞ prezidenti Donald Tramp bütün namizədlər arasında liderdir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, seçicilərin 70%-dən çoxu ona səs verib ki, bu da digər namizədləri xeyli qabaqlayır.

İkinci yerdə Respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.

Ayova Respublikaçı qrup toplantıları bazar ertəsi keçirilir və partiyanın prezidentliyə namizədinin müəyyən edilməsində ilk addımdır.

Amerikanın CNN, NBC və Fox News telekanalları da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb. Telekanallar proqnozlarını ilk səsvermənin nəticələrinə və öz təhlillərinə əsaslandırır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə bildirib: "Bir neçə dəqiqədən sonra çox layiqli rəqibləri məğlub etdiyimi elan etmələri böyük şərəfdir. Bu, möhtəşəm hadisə və möhtəşəm hissdir".

Nümayəndələr Palatasının spikeri Mayk Conson keçmiş prezident Donald Trampın qələbəsini alqışlayıb: "Onun bu axşamkı qəti və tarixi qələbəsi partiyamızı birliyə yaxınlaşdırmalıdır ki, noyabrda (prezident seçkiləri - Qeyd) yekun qələbə qazana bilək", - Conson bildirib.

Milli.Az


Etiketlər:  Ayova ştatında keçirilən ilkin seçkilərdə Tramp liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ