Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 10:10
İş adamı Vivek Ramasvami ABŞ prezidentliyi yarışından çəkildiyini elan edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
V.Ramasvami Trampa zəng edərək onu respublikaçıların Ayova ştatında keçirilən praymerizini (ilkin seçkilər) qazanması münasibətilə təbrik edib. O, bundan sonra Donald Trampı dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, bu şəxs erməni lobbisinə yaxınlığı ilə seçilir. Keçmiş Qarabağ separatçılarının müdafiəçisi kimi tanınır.
Xatırladaq ki, ABŞ-də respublikaçıların praymerizi yanvarın 15-də Ayova ştatında başlayıb. İlkin səsvermənin nəticələrinə görə, Ramasvami cəmi 7,8 faiz səs toplaya bilib. Keçmiş prezident Donald Tramp təxminən 52 faiz səslə liderdir. İkinci yerdə isə Florida ştatının qubernatoru Ron Desantis qərarlaşıb. O, seçki yarışında iştirakını davam etdirmək niyyətində olduğunu açıqlayıb. İlk "üçlüyü" ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli qapayır.