Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 10:30
Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda "Həmin Zaur" verilişində danışıb. O, aparıcının "Niyə tənginəfəs olmusunuz" sualına belə cavab verib:
"Bir az ağrıyıram. Səhhətimdə problem var. Hazırda müalicə olunuram. Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir".