Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 14:28
Adı Azərbaycan təmsilçiləri ilə yanaşı çəkilən ukraynalı futbolçu Aleksey Kaşuk karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, məlumatı "sport24.gr" yayıb.
Xəbərə görə, Donetsk "Şaxtyor"unun 23 yaşlı yarımmüdafiəçi PAOK-la münasibətləri rəsmiləşdirmək üzrədir. Saloniki təmsilçisinin Kaşuku bu ay heyətinə qatmağı hədəflədiyi bildirilib.
Bir neçə gün əvvəl "Dalmatinskiportal" nəşri "Neftçi" və Xorvatiyanın "Hayduk" klubunun Alekseyə transfer təklifi göndərdiyini yazmışdı. Eyni zamanda ölkə mətbuatında "Qarabağ"ın da sözügedən oyunçu ilə maraqlandığı barədə məlumatlar dərc edilmişdi.
Xatırladaq ki, Kaşuk icarə əsasında formasını geyindiyi "Sabah"dan ötən ilin yayında ayrılaraq müqavilə ilə məxsus olduğu "Şaxtyor"a qayıdıb. Onun "mədənçilər"lə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.