Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 19:16
ABŞ və Böyük Britaniya Yəməndə Əl-Bayda vilayətində obyektlərə yeni zərbələr endirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Qeyd edək ki, bundan əvvəl Yəmən sahillərində növbəti dəfə gəmiyə hücum halı qeydə alınıb. Bu barədə məlumatı isə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri öz "X" hesabında paylaşıb.
Xatırladaq ki, yanvarın 12-si ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri əməliyyat zamanı husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.
Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud Qırmızı dənizdə bu gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qırmızı dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.