Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 20:56
"Real Madrid" komandası PSJ-nin hücumçusu Kilian Mbappedən "Los Merengues"ə keçmək üçün yazılı zəmanət tələb edir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kral klubu bu yolla 2022-ci ildə Mbappenin transferlə bağlı yalnız şifahi razılıq əldə etdiyi, lakin fransızın sonda PSJ ilə müqaviləsini uzatdığı hadisələrin qarşısını almağa çalışır. Futbolçu ictimaiyyətə açıqlama verməzdən əvvəl "Real Madrid"ə keçmək qərarını yazılı şəkildə təsdiq etməlidir.
Qeyd edək ki, bu mövsüm Mbappe 25 oyun keçirib, 26 qol vurub və dörd məhsuldar ötürmə edib.