Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şorgöz"lüyü başına bəla olub: Məşuqəsi getdi, onu evdən qovan qadın isə hamilədir - FOTOlar

Tarix: 18 Yanvar 2024 07:08

Son zamanların ən mühüm müzakirə mövzularından biri "Mançester Siti"nin sağ cinah müdafiəçisi Kayl Uolkerin şəxsi həyatı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda məlum olub ki, futbolçu həyat yoldaşından ayrılıb. Enni Kilner Kaylın daimi xəyanəti səbəbindən iki illik evliliklərini bitirmək qərarına gəlib. Uolker 5 aydır Enni ilə birlikdə yaşadığı 4,5 milyon dollarlıq malikanəyə getmir. Cütlüyün 3 övladı var.

Futbolçunu həyat yoldaşının ardınca, məşuqəsi, model və blogger Laurin Qudman da tərk edib. Maraqlıdır ki, bu, Uokerin ikinci uşağının atası olmasının üzə çıxmasından bir neçə gün sonra baş verib. Lorin "The Sun"a verdiyi müsahibədə Enniyə hər şeyi danışdığını deyib.

Uolkerlə bağlı meydandankənar söz-söhbətlər bununla bitməyib. "The Sun" Kilnerin altı aylıq hamilə olduğu ilə bağlı yazı dərc edib. Bu, Enni və Kaylın birlikdə dördüncü, Uokerin isə altıncı övladı olacaq.

Ailəyə yaxın mənbə xəbəri təsdiqləyib: "Enni dördüncü uşağına altı aylıq hamilədir. Bu, böyük sevinc və həyəcan zamanı olmalıdır. Əvəzində o, Uolkerin son seks qalmaqalının nəticələri ilə məşğul olur. Son dərəcə kövrəkdir, lakin uşaqlarını qorumaq və dördüncü uşağının doğulmasına özünü hazırlamaq üçün hər şeyi edir. Kayl onların çəkdiyi zərəri məhdudlaşdırmaq üçün münasibətləri düzəltməyə çalışır. Artıq gecdir, amma çalışır".

Enni yalnız bir neçə dostu və ailəsinə hamiləlik haqqında danışıb. Bunu sirr saxlamaq istəsə də, çarəsiz olduğunu söyləyib.

"Həftə sonu şayiələr yayıldıqdan sonra o sarsılıb. Hər bir qadın öz doğumunu müstəqil elan etmək hüququna malikdir. Xüsusilə də həyatının çox qeyri-sabit olduğu bir vaxtda deyilənlər onu çox incitdi".

Mənbə eyni zamanda, Kaylın beş ay əvvəl malikanəsindən qovulması ilə bağlı iddiaları təkzib edib. Bunun yalnız Laurinin Enniyə həqiqəti söyləməsindən sonra baş verdiyini deyib.

[Kyle Walker's marriage to forgiving wife Annie Kilner as he's 'filmed kissing woman' - Mirror Online]

Mənbələr Laurinin futbolçudan ikinci övladını dünyaya gətirdikdən sonra Kayl və Enninin evliliyinin təhlükə altında düşdüyünü və yaşanan qalmaqalın "son damla" olduğunu bildirib.

Enni boşanmağı düşünür. Buna görə vəkil və ictimaiyyətlə əlaqələr üzrə şəxs işə götürüb.

Yanvarın 15-də isə Enni və Kaylın ayrıldıqdan sonra ilk dəfə birlikdə fotoları yayımlanıb. Uoker və 12 yaşlı oğlu Roman FİFA-nın mükafatlandırma mərasimi üçün Prestberidən Londona gediblər. Bu zaman qadın onları yola salıb.

Milli.Az


Etiketlər:  Şorgözlüyü başına bəla olub Məşuqəsi getdi onu evdən qovan qadın isə hamilədir FOTOlar


RƏYLƏR