Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda itkin düşən şagird “Instagram” hesabı vasitəsilə tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən şagird “Instagram” hesabı vasitəsilə tapıldı - YENİLƏNİB

Tarix: 18 Yanvar 2024 12:34

Paytaxtın Xətai rayonunda itkin düşən məktəbli tapılıb. 

Bununla bağlı şagirdin oxuduğu Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbdən məlumat verilib. 

Bildirilib ki, 15 və 16 yanvar 2024-cü il tarixlərində 29 nömrəli tam orta məktəbdə 1 nəfər 11-ci sinif şagirdi dərs prosesində iştirak etməyib.
Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə "Instagram" hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, böyük summativ qiymətləndirmədə iştirak edir.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü şagird yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.
 

-------

09:58

Bakıda iki məktəbli itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən vətəndaş 2007-ci il təvəllüdlü qohumu A.Məmmədovun yanvarın 15-dən itkin düşdüyünü bildirib.

O bildirib ki, A.Məmmədov həmin gün saat 09:00 radələrində Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Bundan başqa, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan G.Nəzərova da polisə müraciət edərək məktəbli qızının itkin düşdüyünü bildirib. O qeyd edib ki, 2007-ci il təvəllüdlü qızı Z.Nəzərova yanvarın 16-da saat 15 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki müraciət üzrə araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda itkin düşən şagird Instagram hesabı vasitəsilə tapıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ