Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 20:42
Qablaşdırılmış şirələrin istehsalında təbii meyvələrdən istifadə edilməsinə baxmayaraq, belə məhsullar vitaminlərdən tamamilə məhrumdur.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri endokrinoloq Anjela Tolmasova "Gazeta.ru"ya müsahibəsində deyib.
O, xəbərdarlıq edib ki, hazır meyvə şirələrindəki qida maddələrinin yerini istifadə müddətini və dadını artırmaq üçün zəruri olan zərərli əlavələr tutur.
Mütəxəssis xatırladıb ki, belə içkilərin tərkibinə xoşagəlməz qoxuları aradan qaldırmaq üçün tez-tez patulin və buna bənzər inqrediyentlər əlavə olunur. Böyrəklərə zərərli təsir göstərən aromatizatorları da qeyd etmək lazımdır. Kompozisiyanı piylənmə, ürək xəstəlikləri və diabetə səbəb olan şəkər tamamlayır.
"Qablaşdırılmış şirələrdə vitamin yoxdur. Onları aylarla saxlamaq olar. Bu istehsalçı üçün böyük üstünlükdür, bizim üçün deyil. Belə uzunmüddətli saxlanılması mümkün olan şirələr həm də yüksək temperaturda hazırlandığı üçün istilik onların tərkibindəki bütün vitaminləri məhv edir", - Tolmasova bildirib.
Həkimin sözlərinə görə, satışda "konservant yoxdur" etiketi ilə qablaşdırılmış şirələrə də rast gəlmək olar. Bu hiyləyə aldanmamalısınız, çünki belə içkilər oksigenin çıxarılması ilə hazırlanır. Bu üsulla hazırlanmış məhsul isə konservantlı şirələrdəb daha az zərərli deyil. Yuxarıdakıları ümumiləşdirərək həkim məsləhət görüb ki, təzə sıxılmış şirələrə üstünlük vermək ən yaxşısıdır.
"Təzə sıxılmış şirələr liflə zəngindir, qablaşdırılmış şirələrdə isə heç bir lif yoxdur. Bəzi meyvələrin qabığında da çox vacib qida maddələri var, amma qablaşdırılmış şirələrdə bunlar yoxdur. İstehsalçılar əksini desələr də, bilməlisiniz ki, paketlərdə təbii lif yox, yalnız süni elementlər var" , - endokrinoloq yekunda söyləyib.