Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir gecədə 3 nəfəri qatar vurub öldürdü

Bir gecədə 3 nəfəri qatar vurub öldürdü

Tarix: 20 Yanvar 2024 22:12

Bu gecə Moskvada dəmir yolu qəzasında 3 nəfər həlak olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, onların hamısını qatar vurub.

İlk hadisə saat 22.20-də Yaroslavl istiqamətində Losinoostrovskaya stansiyasında baş verib. 39 yaşlı kişi orada ölüb. Saat 0.05-də Kazan istiqamətində Elektrozavodskaya platformasının yaxınlığında 30-35 yaşlı naməlum kişi qatarın altında qalaraq ölüb.

Saat 1.45-də oxşar hadisə Vıxino və Kosino stansiyaları arasında eyni istiqamətdə baş verib. Ölən şəxsin 29 yaşı olub.

Milli.Az


Etiketlər:  Bir gecədə 3 nəfəri qatar vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ