Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" "Sabah"la heç-heçə etdi

Tarix: 21 Yanvar 2024 20:00

Bu gün Misli Premyer Liqasında 19-cu tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla da çempionatda qış fasiləsi yekunlaşıb və 3-cü dövrə başlayıb. 2024-cü ilin ilk oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.

Bu heç-heçə sayəsində "Neftçi" (29 xal) "Zirə"ni (29 xal) geridə qoyaraq 2-ci pilləyə, "Sabah" isə (23 xal) "Turan Tovuz"u qabaqlayaraq (22 xal) 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 19-cu turunun digər görüşləri 22-23 yanvar tarixlərində keçiriləcək.

21 yanvar (bazar)

16:00. "Sabah" - "Neftçi" - 0:0
"Bank Respublika Arena"

22 yanvar (bazar ertəsi)

15:00. "Səbail" - "Zirə"
"ASCO Arena"

17:30. "Kəpəz" - "Turan Tovuz"
Qəbələ şəhər stadionu

23 yanvar (çərşənbə axşamı)

16:30. "Qəbələ" - "Sumqayıt"
Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" - "Araz-Naxçıvan"
Tofiq Bəhramov adına Respublika Stadionu 

N Klublar O Q H M T-F X
1 Qarabağ 18 13 2 3 45-14 41
2 Neftçi 19 8 5 6 21-17 29
3 Zirə 18 8 5 5 13-10 29
4 Sumqayıt 18 7 6 5 19-23 27
5 Səbail 18 7 5 6 26-27 26
6 Araz-Naxçıvan 18 7 5 6 20-19 26
7 Sabah 19 6 5 8 25-22 23
8 Turan Tovuz 18 6 4 8 29-28 22
9 Kəpəz 18 3 5 10 11-29 14
10 Qəbələ 18 4 2 12 12-32 14

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 13 qol
Aleksandr Ramalinqom ("Səbail") - 7 qol
Yassin Benzia ("Qarabağ") - 6 qol
Hamidu Keyta ("Qarabağ") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 6 qol
Otto Con ("Turan Tovuz") - 6 qol

Milli.Az


Etiketlər:  Neftçi Sabahla heç heçə etdi


RƏYLƏR