Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 15:24
Bakı. Trend:
25 illik yubiley kampaniyası çərçivəsində EY şirkətinin Azərbaycandakı nümayəndəliyi Abşeron yarmadasında, Bakı şəhərinin şimal-şərqində ilk ağac əkini təşəbbüsünü həyata keçirib. EY şirkətinin təxminən 50 işçisi öz uşaqları ilə birlikdə tədbirdə iştirak ediblər. Bu təşəbbüs EY şirkətinin ölkənin dayanıqlı inkişafına töhfə vermək niyyətinin bir əksi olub.
EY şirkətinin Azərbaycan üzrə İdarəedici partnyoru İlqar Vəliyev öz fikirləri ilə bölüşüb: “Sosial məsuliyyət daşıyan bir şirkət olaraq biz korporativ sosial məsuliyyəti sadəcə bir trend hesab etmirik. Biz, həm peşəkarlar, həm də vətəndaşlar kimi, ətraf mühitə qayğının göstərilməsi və cəmiyyətə töhfə verməyin vacibliyini anlayırıq”.
Qlobal bir şirkət olaraq, EY, əməliyyatlarının idarə edilməsi çərçivəsində üzərinə ətraf mühitə təsiri məhdudlaşdırmaq məsuliyyətini götürmüşdür. EY şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlər departamentinin rəhbəri Günel Fərəcova qeyd edib: “Şirkət olaraq biz həm dövlət, həm özəl sektorlarda fəaliyyət göstərən şirkətlərə dayanıqlı inkişaf və ekoloji cəhətdən təhlükəsiz biznes qurmağa və aparmağa dair məsləhətlər verir və bu səbəbdən onlar üçün bir nümunə olmalıyıq. EY Azərbaycan öz fəaliyyətini ətraf mühitə olan təsiri azaldacaq qaydada həyata keçirməyə dair qlobal öhdəliyə tərəf olmuşdur. Hər bir biznes ekosistem xidmətlərinin və ətraf mühitin qorunmasının dayanıqlı inkişaf üçün önəmli ilkin şərt olmasını anlamalıdır (DİM 14 – Dəniz ekosisteminin mühafizəsi və DİM 15 – Torpaq ekosisteminin mühafizəsi)”.
“EY” audit, vergi, əməliyyatlar və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY MDB şirkətləri ilə birgə çalışır və onlara öz işgüzar məqsədlərinə çatmağa kömək edir. Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Tolyatti, Vladivostok, Cənubi-Saxalinsk, Almatı, Nur-Sultan, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və s. şəhərlərində yerləşən 20 ofisdə 4,500 mütəxəssis çalışır.
EY şirkəti Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir üzvüdür. Bu şirkətlərin hər biri ayrıca hüquqi şəxsdir. Ernst & Young Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com.
EY 25 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin