Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də baş verən atışmalarda azı 8 nəfər öldürüldü

ABŞ-də baş verən atışmalarda azı 8 nəfər öldürüldü

Tarix: 23 Yanvar 2024 06:58

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhəri ətrafında iki gün ərzində üç yerdə baş verən atışma nəticəsində azı səkkiz nəfər həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi səlahiyyətlilərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bütün qətllərin bir nəfər tərəfindən törədildiyi ehtimal olunur.

"Bazar günündən bu günədək bir nəfər Çikaqonun ətrafındakı qəsəbədə üç yerdə səkkiz nəfəri güllələyərək öldürüb və hələ də azadlıqdadır", - agentlik bildirib.

Coliet şəhərinin polis rəisi Uilyam Evans bildirib ki, FTB-nin işçi qrupu şübhəlinin axtarışında yerli polisə kömək edir.

Səlahiyyətlilərin jurnalistlərə verdiyi məlumata görə, öldürülənlər bazar günü və bazar ertəsi üç fərqli yerdə aşkarlanıb.

Milli.Az


Etiketlər:  ABŞ baş verən atışmalarda azı nəfər öldürüldü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ