Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 09:12
09:08
Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra 44 nəfər tibbi yardıma müraciət edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu səhər saatlarına kimi Almatıda müxtəlif formada yüngül və orta dərəcəli xəsarət alan 44 nəfər həkimə müraciət edib. Onlar şəhər xəstəxanalarına çatdırılıblar", - məlumatda deyilir.
Həkimlər müayinədən sonra 8 nəfəri xəstəxanaya yerləşdirib, qalanları ambulator müalicəyə göndərilib.
---------
06:17
Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.
Bir çox şəhər sakini kifayət qədər güclü təkan hiss etdikdən sonra evlərini tərk edib.
Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.
Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.
Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanana səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.