Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alper Gezeravcı kosmosdakı dördüncü günündə tədqiqat aparacaq

Alper Gezeravcı kosmosdakı dördüncü günündə tədqiqat aparacaq

Tarix: 23 Yanvar 2024 14:10

Türkiyənin ilk astronavtı Alper Gezeravcı, kosmosdakı dördüncü günündə CRISPR Gen redaktə effektivliyini tədqiq edəcək.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada dördüncü günündə bitkilərin mikroqravitasiyada CRISPR Gen redaktə effektivliyini araşdıraraq müxtəlif təcrübələr aparacaq.

CRISPR-GEM təcrübəsində aşılması vacib ən böyük maneələrdən biri olan uzunmüddətli kosmos missiyalarında davamlı bir sistem təmin edə bilməmək problemini həll etmək üçün nəzərdə tutulmuş bioregenerativ həyat dəstək sistemlərinin skeleti olan bitkilərin, kosmosdakı gələcəyi, kosmosda uçuşlar zamanı yaranan bioloji və qeyri-bioloji stresslərə qarşı müdafiəsi araşdırılıb.

Molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan CRISPR texnikası, bitkilər üzərində effektivliyi araşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.


Etiketlər:  Alper Gezeravcı kosmosdakı dördüncü günündə tədqiqat aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ