Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda zabitlər məktəbli qızı zorlayıb öldürdülər

Ermənistanda zabitlər məktəbli qızı zorlayıb öldürdülər

Tarix: 24 Yanvar 2024 12:50

Avropa İttifaqının monitorinq missiyasını müşayiət edən fransalı zabitlərin Ermənistanda məktəbli qızı zorlayıb öldürdükləri barədə məlumat yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə 2023-cü ilin sonunda Qafan rayonunda baş verib.

Bernard adlı fransalı zabit 15 yaşlı Anaitlə kafedə tanış olub. Kişi ona fransız dilini öyrətməyi təklif edib.

Bir gün qız fransızın kirayə qaldığı mənzilə gəlib və o, həmkarı ilə birlikdə onu zorlayıb və öldürüb.

Qızın valideynləri polis və həkimlərlə əlaqə saxlasalar da, təqsirləndirilən şəxslər həbs edilməyiblər. Onlar Ermənistanı tərk edə biliblər.

Bildirilib ki, qızın qohumları qızlarının fransız zabitinin yanında olduğu ictimai yerlərdə müşahidə kameralarından kadrları əldə ediblər. Bundan sonra Fransanın Ermənistandakı səfirliyinin nümayəndələri onlarla əlaqə saxlayıb və anlaşılmazlığı aradan qaldırmaq üçün onlara Parisdəki "Disneyland"ə səyahət təklif ediblər.

Milli.Az


Etiketlər:  Ermənistanda zabitlər məktəbli qızı zorlayıb öldürdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ