Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağazaryan: Bizi buna Əliyev məcbur etməyib

Ağazaryan: Bizi buna Əliyev məcbur etməyib

Tarix: 24 Yanvar 2024 13:24

Ermənistanın yeni Konstitusiyasının qəbulu 1991-ci il Müstəqillik Bəyannaməsinin ləğvi demək deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasından olan deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında deyib.

"Xatırlayırsınızsa, inqilabdan bir neçə ay sonra Konstitusiya islahatları prosesinə start verildi, komissiya yaradıldı, mən özüm məhkəmə sistemində islahatlarla bağlı tövsiyələr paketi təqdim etmişdim, lakin koronavirus və hərbi əməliyyatlar səbəbindən proses dayandırılmışdı. İndi yenidən intensivləşir və yeni Konstitusiyaya ehtiyac var. Neçə dəfə Konstitusiya dəyişib, səhv etmirəmsə, axırıncı dəyişiklik 2015-ci ildə olub, niyə o zaman suallar ortaya çıxmadı, amma indi isə deyirsiz ki, Bəyannamədən qurtulmaq istəyirsiz, Əliyev buna məcbur edir və s." - o bildirib.

Erməni jurnalistin "mövcud Konstitusiya "arsax"ın başqa dövlətin ərazisində yerləşə bilməyəcəyini nəzərdə tutur, əksinə, yenidən birləşmə məsələsini gündəmə gətirir. Amma siz "arsax"ı başqa dövlətə verdiniz və gələcək nəsillərə onun qaytarılmaq şansını saxlamamaq üçün kapitulyasiyanı kağıza köçürmək istəyirsiniz" sualına Ağazaryan belə cavab verib:

"Bəyannamənin bir çox məqsədləri ola bilər, lakin müəyyən bir tarixi dövrdə bütün məqsədləri həyata keçirmək mümkündürmü? Ona görə də Bəyannamə tarixi sənəd, Konstitusiya isə dövlətin qanunlarla idarə olunduğu hüquqi sənəd kimi öz yerində qalmalıdır".

Milli.Az


Etiketlər:  Ağazaryan Bizi buna Əliyev məcbur etməyib


RƏYLƏR