Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 08:42
Neft və neft məhsulları daşıyan "Kuwait Oil Tanker Co. S.A.K." şirkəti bölgədəki vəziyyətlə əlaqədar tankerlərinin Qırmızı dənizdən keçidini müvəqqəti dayandırmaq qərarına gəlib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Al Rai" media qrupu mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, vəziyyət sabitləşdikcə qərara yenidən baxılacaq.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri İsrailə zərbələr endirəcəklərini və onunla əlaqəli gəmilərin İsrail sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar.