Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəhənglər arasında transfer savaşı - 5 futbolçunu birdən istəyirlər

Nəhənglər arasında transfer savaşı - 5 futbolçunu birdən istəyirlər

Tarix: 25 Yanvar 2024 14:04

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Jirona"nın 4 futbolçusu ilə maraqlanır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçilər Viktor Sıqankov və Yan Koutunu, hücumçular Artyom Dovbik və Savionu izləyirlər. Yanvarın 21-də İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən "Jirona" - "Sevilya" oyununu (5:1) İngiltərə klubunun idman direktoru Çiki Beqiristayn tribunadan izləyib. "Barselona" klubunun da "Jirona"nın 5 futbolçusunu transfer etmək istədiyi barədə xəbərlər dərc edilib.

Qeyd edək ki, "Jirona" 21 turdan sonra İspaniya çempionatına 52 xalla başçılıq edir. Liderdən 1 xal geri qalan "Real"ın ehtiyatda bir oyunu var.

Milli.Az


Etiketlər:  Nəhənglər arasında transfer savaşı 5 futbolçunu birdən istəyirlər


RƏYLƏR