Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyanın tanınmış radioloqu Dr. Frans Kaspar Fobbe Mərkəzi Gömrük Hospitalına dəvət olunub

Almaniyanın tanınmış radioloqu Dr. Frans Kaspar Fobbe Mərkəzi Gömrük Hospitalına dəvət olunub

Tarix: 13 Noyabr 2019 10:24

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalı rəhbərliyinin təşəbbüsü və Almaniyanın “Senior Experten Service” təşkilatının dəstəyi ilə Almaniyanın tanınmış mütəxəssisi Dr. Frans Kaspar FobbeBakıya dəvət olunub. Almaniyalı ekspert 4 noyabr 2019-cu il tarixindən etibarən üç həftə ərzində Mərkəzi Gömrük Hospitalının radiologiya və diaqnostika şöbələrinin işi ilə tanış olub, beynəlxalq standartlara əsaslanan öz məsləhətlərini və təkliflərini verəcəkdir.

Dr. Frans Kaspar Fobbe 1996-2015-ci illərdə Almaniyanın Vivantes Auguste-Viktoria klinikasında radiologiya şöbəsinin rəhbəri kimi çalışıb. 2015-ci ildən “Senior Experten Service” təşkilatının üzvi olaraq Azərbaycanda, Özbəkistanda və Çində radiologiya sahəsi üzrə ekspert-məsləhətçi kimi çalışır. Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə yaxındın tanış olan Dr. Frans Kaspar Fobbe xəstəxananın dünya standartlarına uyğun olduğunu və yüksək tibbi xidmət göstərən tibb müəssisəsi olduğunu vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Almaniyanın tanınmış radioloqu Frans Kaspar Fobbe Mərkəzi Gömrük Hospitalına dəvət olunub


RƏYLƏR