Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərazilərdə 7,4 bal gücündə zəlzələ olacaq - Xəbərdarlıq

Bu ərazilərdə 7,4 bal gücündə zəlzələ olacaq - Xəbərdarlıq

Tarix: 26 Yanvar 2024 16:10

Zəlzələ üzrə alim, Prof. Dr. Naci Görür daha bir ciddi xəbərdarlıq edib.

Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, alim Türkiyənin iki əyalətinin risk altında olduğunu deyib.

Yedisu fayına diqqət çəkən zəlzələ mütəxəssisləri, xüsusilə Tunceli və Bingöl bölgələrinin təhlükə altında olduğuna diqqət çəkib. O, bu ərazilərdə 7,4 bal gücündə zəlzələnin olacağını vurğulayıb..

"Tunceli təhlükə altındadır" deyən Görür Yedisu fayına diqqət çəkib.

"Bəlkə bunu ilk dəfə burada deyəcəm. Tunceli təhdid altındadır. Bu gün Tuncelidən danışan yoxdur, amma təhdid altındadır. Ərzincan ilə Karlıova arasında Yedisu fayı var. Bu qırıq sonuncu dəfə 1790-cı illərdə zəlzələ törədib. Hər 250 ildən bir zəlzələ törətmə potensialına malikdir. Xüsusilə, Ərzincan ilə Karlıova arasında olan ərazidə güclü zəlzələ olacağını gözləyirik. Bu qırıq zəlzələ yaratsa gücü 7,4 bala çata bilər".


Etiketlər:  ərazilərdə gücündə zəlzələ olacaq Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ