Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 13:20
Bakı. Elçin Mehdiyev - Trend:
Bəzən özəl idman müəssiələrində qida əlavələri, proteinlər və müxtəlif kimyəvi maddələrin kortəbii şəkildə istifadə olunması hallarına rast gəlinir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, bundan əlavə, bəzən insanlara çəki azaltmaq üçün müxtəlif vasitələrdən kortəbii şəkildə istifadənin reklam edilməsini görürük:
"Araşdırmalar göstərir ki, əslində bu vasitələrdən kortəbii istifadə ciddi xəstəliklərə, xüsusən də xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Mənşəyi məlum olmayan dərmanlara, qida vasitələrinə və onların reklamlarına mərkəzləşdirilmiş şəkildə nəzarət etmək yaxşı olardı”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin