Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Tarix: 28 Yanvar 2024 08:56

Rusiyanın Krasnodar diyarında avtobusun iştirakı ilə beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Moskvadan Nalçikə hərəkət edən "Neoplan" avtobusu "Hyundai" yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və orada yük maşını ilə toqquşub.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Rusiyada ağır qəzasında nəfər ölüb nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ