Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstanbulda kilsəyə hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq''

''İstanbulda kilsəyə hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq''

Tarix: 28 Yanvar 2024 17:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.

Türkiyədə kilsəyə silahlı hücum - ölən var - VİDEO

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə A-haber telekanalı məlumat yayıb.

Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib.

"Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.

İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tuncun sözlərinə görə, silahlı hücumun araşdırılması üçün baş prokurorun müavini və iki prokuror təyin edilib.


Etiketlər:  İstanbulda kilsəyə hücumu törədənləri saat ərzində tapıb saxlayacağıq


RƏYLƏR