Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 15:56
"Liverpul"un zədəli futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp bu gün keçirilən mətbuat konfransında danışıb.
O, misirli hücumçunun Çempionlar Liqasının yarımfinalının "Barselona" ilə cavab matçında iştirak edə bilməyəcəyini deyib: "Salah özünü yaxşı hiss edir. Ancaq həkimlər oynamağa icazə vermir. Çox məyusuq, lakin heç bir şey edə bilmərik".
Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Barselona" oyunu saat 23:00-da başlayacaq. Komandalar arasında "Nou Kamp"da oynanılan matç "Barsa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.