Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Verilişə gələn Ruhəngiz kulisdə özündən çıxdı - Açıq-saçıq geyimdə gəldiyi üçün... - VİDEO

Verilişə gələn Ruhəngiz kulisdə özündən çıxdı - Açıq-saçıq geyimdə gəldiyi üçün... - VİDEO

Tarix: 29 Yanvar 2024 09:15

Əməkdar artist Ruhəngiz Allahverdiyeva efirdə əsəbiləşib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" ictimai-sosial verilişin canlı efirinə gələn sənətçi studiyaya girməmiş kulisdə özündən çıxıb.

Həmin an Elgiz "Bu nə haray, müsibətdir orada baş verir?" söyləyərək studiyadan kulisdə dayanan Ruhəngizin yanına gedib.

Bu anda mikforonlar söndürülüb, efirə yüksək səslə musiqi verilib. Kameralar Allahverdiyevanın Elgizlə etiraz dolu dialoqunu çəkərək, nümayiş etdirib.

Ruhəngizin mikrofonu bağlı olsa da "Mən bir daha bu verilişə gəlməyəcəyəm. Mən çıxıb gedirəm. Qurtardı getdi. Çıxmayacağam efirə. Mən daha olmayacağam burada. İstəmirəm..." sözlərini dediyi aydın sezilib. 

Studiyaya qayıdan Elgiz müğənninin əsəbiləşməsinin səbəbini belə açıqlayıb:

"Deyirlər ki, ən böyük biclik düzgünlükdür. Ruhəngizin bir qız tələbəsi var. Mənə söylədi ki, onunla birgə verilişə gəlmək istəyirəm. Mən də sevindim və razılığımı verdim. İndi efirlərdə geyim məsələsi çox ciddi nəzarət olunur. Tələbə xanım da açıq-saçıq geyimdə gəldiyi üçün biz onu efirə buraxa bilmədik. Ruhəngiz də buna görə əsəbiləşdi".

Daha sonra R.Allahverdiyeva hədiyyələrlə studiyaya daxil olub və E.Əkbəri doğum günü münasibəti ilə təbrik edib. 

Proqramda yaşanan həmin gərgin dolu anları sizə təqdim edirik: 

Milli.Az


Etiketlər:  Verilişə gələn Ruhəngiz kulisdə özündən çıxdı Açıq saçıq geyimdə gəldiyi üçün VİDEO


RƏYLƏR