Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya Ayxan: “Sevərək evlərinizə dönün” - VİDEO

Röya Ayxan: “Sevərək evlərinizə dönün” - VİDEO

Tarix: 29 Yanvar 2024 12:50

"Qarabağımıza artıq Böyük Qayıdış başlayıb. Bu prosesi çox böyük sevgiylə tək mən yox, bütün azərbaycanlılar izləyir".

Milli.Az xəbər verir ki, bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı Xalq artisti Röya Ayxan deyib.

Milyonların sevilən ifaçısı sözlərinə belə davam edib:

"Belə bir qayıdışda iştirak etdiyim üçün çox şanslıyam. Füzulidə də konsert verəndə baxdım ki, artıq əhali oradadır. Yavaş-yavaş hər kəs öz evinə gəlir. Arzularım sənətimlə bağlıdır. Orada böyük orkestrlə konsert vermək istəyirəm. Əminəm ki, mənə qismət olacaq. Sevərək evlərinizə dönün, birlikdə o gözəl günləri yaşayaq, bayramları sizin yanınızda olum. Biz artıq evlərimizə qayıdırıq!".
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb.

Bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbrsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Onların arasında hamımızın yaxından tanıdığı mədəniyyət və incəsənət xadimləri də var. 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bununla bağlı hazırlanmış videoçarxını təqdim edirik :

Milli.Az


Etiketlər:  Röya Ayxan Sevərək evlərinizə dönün VİDEO


RƏYLƏR