Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp bunu etsə, xoşbəxt olaram - Zelenski

Tramp bunu etsə, xoşbəxt olaram - Zelenski

Tarix: 29 Yanvar 2024 16:28

Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt olardım.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD kanalına müsahibəsində deyib.

"Onunla danışacağam. Əgər onun formatı və ya düsturu sülhə gətirib çıxararsa və bu, həqiqətən də cəmi 24 saat çəkərsə, mən çox xoşbəxt prezident olacağam. Çünki bir gündə nə qədər insan itirdiyimizi bilirəm. Ona görə də kimsə 24 saat ərzində müharibəni necə bitirəcəyini göstərsə, xoşbəxt olaram", - Zelenski bildirib.

Milli.Az


Etiketlər:  Tramp bunu etsə xoşbəxt olaram Zelenski


RƏYLƏR