Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm''

''Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm''

Tarix: 1 Avqust 2025 06:10

Müğənni Sevda Əliqızı Onkoloji xəstəliklə necə mübarizə aparmasından danışıb. 

Sonxeber.net xəbər verir ki, o, bu barədə  "Bir gün" verilişində açıqlamalar verib.

Sənətçi həmçinin gözündən də əməliyyat olunduğunu deyib:

"Mənə əsəbiləşmək olmaz. Hələ də onkoloji xəstəliyi bitirməmişəm. Gözüm də əməliyyat olunub. Gün işığında otura bilmirəm. 3 ay qorumalıyam. Çox dözümlü və pozitivəm. Bu xəstəlikdə əsas pozitiv olmaqdır. Hər dəfə yoxlanışa gedirəm, yaxşıdır hər şey. Bu xəstəlik elədir ki, gərək halsız olmayasan. Deməyəsən, yaşayacağam, yoxsa necə. Kimyaterapiyadan çıxanda hamı ağlayır. Mən isə pozitiv olmuşam". 


Etiketlər:  Mənə əsəbiləşmək olmaz hələ onkoloji xəstəliyi bitirməmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ