Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2025 09:16
"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sonxeber.net xəbər verir ki, "bayquşlar" növbəti raundda Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaqlar.
Avropa Liqasının II təsnifat mərhələsində Portuqaliya təmsilçisi "Braqa" ilə mübarizə aparan komanda iki oyunun nəticəsinə əsasən (0:0, 1:0) məğlub olaraq, Konfrans Liqasında "Sabah"a rəqib olub.
Qeyd edək ki, "Sabah" II təsnifat mərhələsində Moldovanın "Petrokub" komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.