Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 07:38
Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,8 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.
Verilənlərə görə, yeraltı təkanların episentri Çinin Ağsu qəzasından 125 km qərbdə, Qazaxıstanın Almatı şəhərindən isə 276 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, sonuncu dəfə sözügedən bölgədə bir neçə nəfərin ölümü ilə nəticələnmiş güclü zəlzələ yanvarın 23-də olub.