Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 17:40
Rusiya Prezidenti Vladimir Putinin son 6 il ərzində gəlirləri 67 milyon 591 875 rubl (təqribən 755 min dollar) təşkil edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada prezidentliyə namizəd kimi qeydə alınan Putinin ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.
Bəyannamədə Putinin sahib olduğu əmlak olaraq Sankt-Peterburqda 77 kvadrat metr sahəsi olan 1 mənzil və 18 kvadrat metrlik 1 qaraj, 3 minik avtomobili də qeyd olunub.
Bununla yanaşı, Rusiya liderinin banklarda 10 hesabı mövcuddur.