Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 21:56
Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə "Ənsar Allah" hərəkatının (husilər) hədəflərinə zərbələr endiriblər.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə husilərə məxsus "Əl-Masirah" telekanalı məlumat yayıb.
Belə ki, eyni adlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.
Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.\