Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT-dən İl-76-nın "Patriot"la vurulmasına reaksiya

BMT-dən İl-76-nın

Tarix: 1 Fevral 2024 01:14

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiyanın İl-76 təyyarəsinin "Patriot" raketi ilə vurulması ilə bağlı beynəlxalq araşdırma çağırışını şərh etməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Düjarrik ona ünvanlanan sualı belə cavablandırıb:

"Bu, çox ümumi sualdır. Gəlin görək, bizə sorğu gəlib-gəlmədiyinə və bunun nə ilə nəticələndiyinə baxaq, sonra məsələ ilə bağlı şərh verə bilərik".

Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında təyyarənin "Patriot" zenit raket kompleksi ilə vurulduğunu bildirib.

Milli.Az


Etiketlər:  BMT dən İl 76 nın Patriotla vurulmasına reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ