Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 07:32
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların mübadiləsinə dair yeni saziş çərçivəsində İsrail həbsxanalarında saxlanılan fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razılıq verib.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS razılaşmaların ilk mərhələsində uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa buraxılmasını tələb etməyəcək.
Eyni zamanda, "Al Hadath"ın mənbələrinə görə, Fələstin hərəkatı hələ də Parisdə hazırlanmış təkliflərə tam təsdiqlə cavab verməyib.
Son vaxtlara qədər HƏMAS rəhbərliyi Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı dialoqa yalnız bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə başlayacağını bəyan edirdi ki, onlardan biri də İsrail həbsxanalarında saxlanılan bütün fələstinlilərin eyni vaxtda azad edilməsidir.