Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov bu futbolçu ilə bağlı qərarını verdi

Qurban Qurbanov bu futbolçu ilə bağlı qərarını verdi

Tarix: 1 Fevral 2024 16:26

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" "Sabah"ı 7:1 hesabı ilə darmadağın etdi.

Milli.az offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın 6-cı qolunun müəllifi Adama Diakabi oldu. 84-cü dəqiqədə meydana daxil olan fransalı 87-də fərqləndi. Vingerin son zamanlar məşqlərdəki performansı Qurban Qurbanovun diqqətini cəlb edib. Qış "transfer pəncərəsi"ndə bu mövqeyə istədiyi futbolçunu tapa bilməyən çalışdırıcı Adama Diakabinin mövsümün sonuna kimi "Qarabağ"da qalmasına qərar verib. Özünə normal komanda tapa bilməyən fransalı bu təklifi dəyərləndirib. 27 yaşlı vinger cari "futbol ili"nin sonuna kimi Ağdam təmsilçisinin əsas heyət üzvlərindən biri olmağa çalışacaq.

Qurban Qurbanov Diakabini Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Braqa" ilə görüşüb iştirak ərizəsinə salmağı da planlaşdırır. Fransalının adı komandanı kimsə tərk etsə, onun və ya zədəli Kevin Medinanın əvəzinə siyahıya salınacaq.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov bu futbolçu ilə bağlı qərarını verdi


RƏYLƏR