Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürçaylı Məmmədov direktor təyin olundu

Kürçaylı Məmmədov direktor təyin olundu

Tarix: 1 Fevral 2024 16:57

Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Mədəniyət İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Məmmədov gətirilib.

O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının bundan əvvəlki direktoru İmanverdi Mustafayev olub. İki ildən çoxdur ki, bu vəzifə boş idi.

Milli.Az


Etiketlər:  Kürçaylı Məmmədov direktor təyin olundu


RƏYLƏR