Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 20:04
Türkiyə millisi ciddi itki ilə üzləşib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın hücumçusu Cenk Tosun məşq zamanı zədələnib. Bu səbəbdən onun Avro-2020-nin seçmə mərhələsində İslandiya və Andorra ilə matçlarda oynamayacağı bildirilib.
Qeyd edək ki, noyabrın 14-ü İslandiyanı qəbul edəcək Türkiyə yığması bundan 3 gün sonra Andorranın qonağı olacaq.