Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyni vaxtda iki növ quş qripinə yoluxan qadın öldü

Eyni vaxtda iki növ quş qripinə yoluxan qadın öldü

Tarix: 3 Fevral 2024 14:26

Çinin Anhoy əyalətindən olan 63 yaşlı təqaüdçü quş qripinin H10N5 və H3N2 növlərinə yoluxub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qadının iki ölümcül ştamlara yoluxduqdan sonra dünyasını dəyişdiyi vurğulanır. Çin Xalq Respublikasının rəsmiləri tarixdə ilk belə hadisəni təsdiqləyiblər.

Xəstəliyin növlərarası infeksiya nəticəsində ortaya çıxdığı və qadının artıq öskürək, boğaz ağrısı, qızdırma və bir çox digər simptomlara səbəb olan sağlamlıq problemləri olduğu qeyd olunur.

Bununla belə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli İdarəsi insandan insana yoluxma riskinin "aşağı" olduğunu bildirir.

Bəzi məlumatlara görə, H10N5 ştammı indiyə qədər insanlara yoluxmamışdı.

Mütəxəssislər qadının xəstəliyə yoluxmuş quşlardan yoluxduğu qənaətindədirlər, lakin bu hələ rəsmi olaraq təsdiqlənməyib.

Milli.Az


Etiketlər:  Eyni vaxtda iki növ quş qripinə yoluxan qadın öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ