Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə helikopter qəzaya uğradı: ölənlər var

Türkiyədə helikopter qəzaya uğradı: ölənlər var

Tarix: 4 Fevral 2024 08:20

Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 2 pilot vəfat edib, texniki işçi isə yaralanıb.

Nazir əlavə edib ki, Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.

Milli.Az


Etiketlər:  Türkiyədə helikopter qəzaya uğradı ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ