Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gezeravcının Yerə qayıdışı yenidən ertələndi

Gezeravcının Yerə qayıdışı yenidən ertələndi

Tarix: 4 Fevral 2024 11:18

"SpaceX" ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə DHA yazıb.

Bildirilib ki, "Crew Dragon" kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Xatırladaq ki, ötən gün "SpaceX" qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.

Qeyd edək ki, "Crew Dragon" kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.


Etiketlər:  Gezeravcının Yerə qayıdışı yenidən ertələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ